Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizə aparacaqlar
Noyabrın 27-dən dekabrın 2-dək Tehranda gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə “Şəhidlər Kuboku” beynəlxalq turniri keçiriləcək.

Komanda xarakterli turnirdə gənclərdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər. Yarışlar Dünya Güləş Birliyinin qəbul etdiyi yeni çəki dərəcələri ilə keçiriləcək.

Noyabrın 27-28-də baş tutacaq yunan-Roma güləşi yarışlarında məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Həsən Məmmədli (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov (82 kq), Arif Niftullayev (87 kq), Tehran Əminzadə (97 kq) və Cavid Feyziyev (130 kq) mübarizə aparacaqlar.

Sərbəst güləş yarışları isə dekabrın 1-2-də təşkil olunacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Əsgər Məmmədəliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Mahal Novruzov (65 kq), Davud İbrahimov (70 kq), Qurban Qurbanov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Cavid Sadıqov (97 kq) və Umar İsrailov (125 kq) güləşəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Xəbər 660 dəfə oxundu.