Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
Milli Gimnastika Arenasında batut və tamblinq üzrə Azərbaycan və Bakı çempionatları, bədii gimnastika üzrə Bakı birinciliyi, həmçinin aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı davam edir.

Yarışların ikinci günündə aerobika təmsilçiləri və bədii gimnastlar məharətlərini göstərirlər.

Aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançılar da iştirak edirlər. Onlar fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında beş yaş kateqoriyası (2009-2010-cu, 2006-2008-ci, 2003-2005-ci, 2000-2002-ci, 1999-cu il təvəllüdlülər və daha yuxarı yaşlılar) üzrə mübarizə aparırlar.

Xəbər 686 dəfə oxundu.