“Azərsu” həndbolçuları “Nur” kollektivini növbəti dəfə məğlub ediblər
Noyabrın 23-də həndbol üzrə Azərbaycan çempionatında bir oyun keçirilib.

Qadın həndbolçuların mübarizəsində “Nur” və “Azərsu” komandaları üz-üzə gəliblər.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə “Azərsu” kollektivi 25:21 hesabı ilə qalib gəlib.

AZƏRTAC

Xəbər 567 dəfə oxundu.