FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb
FIFA futbol üzrə yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Azərbaycan milli komandası ötən ayla müqayisədə iki pillə geriləyib. Aktivində 281 xalı olan Azərbaycan millisi 115-ci pillədən 117-ci sıraya enib.

Qeyd edək ki, yeni reytinqdə lider dəyişib. Xalını 1602-yə çatdıran Almaniya birinci yerdədir. Hesabında 1483 xal olan Braziliya ikinci sıraya enib. Portuqaliya isə 1358 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 797 dəfə oxundu.