“Lill”in baş məşqçisi müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb
Fransanın “Lill” futbol klubunun rəhbərliyi baş məşqçi Marselo Belsanı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıb.

Klub rəhbərliyinin bu addımı atmasının səbəbi açıqlanmayıb.

Daha öncə Fransa mətbuatında Belsanın “Lill”in baş məşqçi postundan gedəcəyi haqda məlumat yayılmışdı.

Qeyd edək ki, “Lill” komandası 14 turdan sonra birinci Liqada 19 -cu pillədə qərarlaşıb.

AZƏRTAC

Xəbər 623 dəfə oxundu.