UEFA Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
Noyabrın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.

Turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gəlib.

“C” qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edib. Bu qrupun digər matçında isə “Roma” səfərdə “Atletiko Madrid”in qonağı olub.

Turun maraqla gözlənilən görüşlərindən biri də “D” qrupunda mübarizə aparan “Yuventus” və “Barselona” klublarının qarşılaşması olub.

Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçirilib:

“A” qrupu

MOİK (Rusiya) – “Benfika” (Portuqaliya) - 2:0

“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) - 1:0

“B” qrupu

“Anderlext” (Belçika) – “Bavariya” (Almaniya) - 1:2

PSJ (Fransa) – “Seltik” (Şotlandiya) - 7:1

“C” qrupu

“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 0:4

“Atletiko Madrid” (İspaniya) - “Roma” (İtaliya) – 2:0

“D” qrupu

“Yuventus” (İtaliya) – “Barselona (İspaniya) – 0:0

“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) – 3:1

Xəbər 621 dəfə oxundu.