Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək
23-25 noyabr 2017-ci il tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 46-cı Baş Assambleyası işinə başlayacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyətini Gənclər və İdman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov təmsil edirlər.

23 noyabr tarixində Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edəcəkdir.

24-25 noyabr tarixlərində isə Avropa Olimpiya Komitəsinin Baş Assableyasının iclası keçiriləcək. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK-un icraçı prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəkdir. Assambleyada AOK-un illik hesabatı müzaakirə olunacaqdır.

Həmçinin, 2018-ci il Pyonçanq və 2022-ci il Nanjinq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2020-ci il Tokio Yay Olimpiya Oyunları və XXXIII Paris Olimpiya Oyunlarının məruzələri dinləniləcəkdir. AOK-un Baş Assambleyası çərçivəsində “VII Pyotr Nurovski - Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaqdır.

Əlavə olaraq, Yeniyetmələrin Avropa Olimpiya Festivallarının təqdimatı olacaqdır. 2019-cu il Bakıda keçiriləcək bu tədbirin təqdimatını edəcəklər. Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaqdır.

Bu il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, 2017-2021-ci illər üzrə AOK-un İcraiyyə Komitəsinin üzvləri və rəhbərliyinin seçkisi keçiriləcək. Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AOK-un İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüşdür.

Xəbər 1490 dəfə oxundu.