Liderlər heç-heçə etdi, “Xəzər Lənkəran” qalib gəldi - YENİLƏNİB

Bu gün Unibank Premyer Liqasının növbəti turuna start verilib. İdman.com.az saytının məlumatına görə, turun mərkəzi matçı Ağdamda keçirilib. Bütün milli çempionatlarımızın iştirakçıları olan “Qarabağ” evdə “Neftçi” klubu ilə görüşüb.

Son zamanlar qeyri-sabit çıxışı edən “Bakı” doğma divarlar arasında Qəbələnin eyniadlı komandasını qonaq edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə, “ağ-göylər”, son saniyələrdə vurduğu qələbə qolu ilə ilk “altılıq”da gərginliyi saxlayıb.

Austsayderlərin mübarizəsində nə “Sumqayıt”, nə də “Turan” qalib ayrılıb. İkinci “altılıq”da AzAL ilə “Simurq” yüksək dəstədə yerlərini möhkəmləndirdiklərindən, onlar öz aralarında yalnız imic xatirinə oynayıblar.

“Xəzər Lənkəran” - “İnter” qarşılaşması da az maraq doğurmur. Özü də komandalar 4 gündə 2-ci dəfə Lənkəranda görüşməli olacaq. Kubokdakı cavab matçının 1:1 hesabı ilə nəticələnməsi “İnter”i növbəti mərhələyə çıxardı. İndi “ağ-yaşıllar” bunun əvəzini çempionat oyununda çıxmalıdır.

1 aprel

“Sumqayıt” – “Turan” - 1:1
Qol: Kamil Nurəhmədov, 25; Georgi Beriaşvili, 45+2
Baş hakim: Vüsal Əliyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 1:0

“Bakı” – “Qəbələ” - 2:1
Qol: Uinston Parks, 56, Aleksandar Şoliç, 90+3 - Yannik Kamanan, 16
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 2:1

“Qarabağ” – “Neftçi” - 0:0
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 2:3

“Simurq” – AzAL- 1:2
Qol: İqor Tarasov, 21 - Orxan Səfiyaroğlu, 23 , Nuqzar Kvirtiya, 58
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:3, 1:5

“Xəzər Lənkəran” – “İnter”- 2:0
Qol: Katalin Doman, 42 (p.), Eder Bonfim, 89.
Lənkəran. Şəhər mərkəzi stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 1:0

2 aprel

16:00. “Kəpəz” – “Rəvan”
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar - 3:2, 2:1

Xəbər 1082 dəfə oxundu.