Səmti müəyyən etmə idman növü üzrə kubok yarışlarının qalibləri müəyyənləşib
Xaçmaz rayonunun Nabran meşə zolaqlarında keçirilən səmti müəyyən etmə idman növü üzrə kubok yarışlarının qalibləri müəyyənləşib.

Iki gün davam edən turnir Səmti Müəyyən Etmə İdman Federasiyası və “Dağçılıq” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilib. Yarışlarda 50-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Elektron qeydiyyat sisteminin tətbiq olunduğu çempionatda kişi və qadın iştirakçılar “Elit”, həmçinin “Open” kateqoriyaları üzrə yarışırlar.

“Elit” kateqoriyasında ilk yarış günü gərgin keçən mübarizədə kişilər arasında Vladislav Tuzov (orta məsafə) finiş xəttinə birinci çatıb. Süleyman Əliyev və Aleksandr Mişenko isə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Bu kateqoriya üzrə qadınlar arasında Nataliya Şiyanova birinci yerə sahib olub. Yarışı Fidan Mursakulova 2-ci, Nataliya Əliyeva isə 3-cü yerdə başa vurub.

Open kateqoriyasında kişilər arasında Dmitriy Belousov, qadınlar arasında isə Anna Litvak bütün rəqiblərini qabaqlayıb.

Yarışın qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 612 dəfə oxundu.