Arazın komandası "Levadiakos"a qarşı
Bu gün Yunanıstan Superliqasında XXVII turun oyunları keçirilir. İdman.com.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” doğma meydanda "Levadiakos"la qarşılaşacaq.

Hazırda 29 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan "Panionios", bu görüşdə doğma meydan amilindən maksimum yararlanmağa çalışacaq. Həmyerlimizin komandası bu oyunda qələbə qazanmaqla mövqeyini yaxşılaşdıracaq.

Qeyd edək ki, son günlərdə zədədən əziyyət çəkən Arazın Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdə iştirak edəcəyi ehtimal olunur.


Xəbər 1232 dəfə oxundu.