Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start veriləcək
Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək.

Turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

“G” qrupunda yer alan və növbəti mərhələyə vəsiqəni təmin edən Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Porto”nu qəbul edəcək. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq.

Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır:

“E” qrupu

“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə)

“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya)

“F” qrupu

“Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)

“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna)

“G” qrupu

“Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya)

“Monako” (Fransa) – “Leyptsiq” (Almaniya)

“H” qrupu

APOEL (Kipr) – “Real Madrid” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə).

Xəbər 805 dəfə oxundu.