Azərbaycan millisi Gürcüstan yığmasına minimal hesabla qalib gəlib
Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib.

Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Xəbər 1009 dəfə oxundu.