Azərbaycan idmançısı gimnastika üzrə tamblinq yarışlarının qalibi olub
Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.

Nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərinə qalib gələrək tamblinq üzrə yarışların qızıl medalını qazanıb.

Ölkəmiz yarışda beş idmançı ilə təmsil olunur. Turnirin sonuncu günü - noyabrın 19-da daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı ümumdünya yarışlarında mübarizə aparacaqlar.

Xəbər 816 dəfə oxundu.