“Azəryol” komandasının qadın həndbolçuları “Çağırış Kuboku”nda ilk oyunda qələbə qazanıb
“Azəryol” klubunun qadın həndbolçuları “Çağırış Kuboku” uğrunda ilk matçını keçirib.

Noyabrın 18-də Lüksemburqun “HB Düdelanj” komandasının qonağı olan Azərbaycan təmsilçisi görüşdən 36:15 hesabı ilə qalib ayrılıb.

“Dudelanj” arenasında keçirilmiş görüşün baş hakimləri yunanıstanlı Mixail Mertinian və Evangelos Sirepisios olub. Avropa Həndbol Federasiyasını (EHF) almaniyalı Frank Bölhoff təmsil edib.

Qeyd edək ki, cavab oyunu noyabrın 19-da əvvəlcədən razılaşdırıldığı kimi Lüksemburqda keçiriləcək.

Xəbər 1171 dəfə oxundu.