Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir
Azərbaycan Gimnastika Federasiyası 2018-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün könüllülərin qəbulunu elan edir.

Könüllülər yarışlara qatılacaq nümayəndə heyətlərini müşayiət etmək, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəklər.

Həmçinin könüllülər martın 15-18-də idman gimnastikası üzrə dünya kuboku, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatı, aprelin 27-29-da bədii gimnastika üzrə dünya kuboku və iyunun 22-23-də yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlarda iştirak hüququ qazanacaqlar.

Bu turnirlərdə könüllü olmaq istəyən gənclər dekabrın 1-dək aşağıdakı internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər: https://goo.gl/forms/Z4pXGdFT3P0YfZus1 .

Xəbər 629 dəfə oxundu.