Kris Koulman Uels yığmasının baş məşqçisi postundan ayrılıb
Kris Koulman futbol üzrə Uels yığmasının baş məşqçisi postundan ayrılıb. Məlumatı ölkənin futbol federasiyası rəsmən açıqlayıb.

Qırx yeddi yaşlı çalışdırıcı fəaliyyətini İngiltərədə davam etdirəcək. O, “Sanderlend” klubunu çalışdıracaq.

Məşqçilik fəaliyyəti ərzində “Fulhem”, “Real Sosyedad”, “Koventri Siti” və AEL klublarını da çalışdırmış Kris Koulman 2012-ci ildə Uels millisinə baş məşqçi təyin olunub. Uels millisi onun rəhbərliyi altında “Avro-2016”da yarımfinala yüksəlib.

Xəbər 581 dəfə oxundu.