“Şən Startlar” idman yarışının qalibləri məlum olub
10-17 noyabr tarixlərində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq məktəbəqədər müəssisələrdə 2012-2013-cü il təvəllüdlü uşaqlar arasında “Şən Startlar” idman yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd uşaqlarda idmana marağın artırılması, fiziki güc və bacarığın nümayiş etdirilməsi, uşaqlar arasında dostluq əlaqələrini möhkəmləndirilməsi və istedadlı uşaqların aşkar olunması olub.

Yekun nəticələrə görə, birinci yerə 10 saylı, ikinciyə 1 saylı, üçüncüyə 18 saylı uşaq bağçası layiq görülüblər.

Sonda qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, 16-17 noyabr tarixlərdə yarışın yarımfinal və final mərhələləri keçirilib.

Xəbər 613 dəfə oxundu.