London Olimpiadası üçün “BMW”lər təqdim edilib

2012 London Olimpiya Oyunları üçün nəzərdə tutulan “BMW”lərin ilk partiyası (40 avtomobil) təqdim edilib.

Müqaviləyə görə, alman istehsalçı olimpiadaya 4000 avtomobil təqdim etməlidir. Bu modellər dizel, hibrid və elektrikli ola bilər.
Avtomobillərdə zərərli qaz tullantıları da minimum olmalıdır. Təqdim edilən avtomobillər 320D və 520D modelləridir.

Xatırladaq ki, “BMW” 2012 London Olimpiya oyunlarının rəsmi partnyorudur.

Lent.az

Xəbər 966 dəfə oxundu.