Durarbəyli sonda 21-ci oldu
Bolqarıstanın Plovdiv şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, çempion adını 8,5 xalla rusiyalı Dmitri Yakovenko qazanıb. Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 7,5 xalla 21-ci olan Vasif Durarbəyli göstərib. Vasif son turda rusiyalı Mixail Kobalia ilə heç-heçə edib. Şahmatçılarımız arasında ikinci nəticəni 6 xalla 102-ci olan Rauf Məmmədov göstərib. Rauf son turda israilli Dan Zolerlə xal bölüb.

Xəbər 1174 dəfə oxundu.