Elçin Məmmədov ÇSKA-“Benfika” oyununa təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

azsport.az saytı AFFA-ya istinadla xəbər verir ki, E.Məmmədov futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya)-“Benfika” (Portuqaliya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş noyabrın 22-də Moskvadakı “ÇSKA Arena”da təşkil olunacaq.

Xəbər 622 dəfə oxundu.