Zərdab rayonunda stolüstü tennis idman növü üzrə rayon çempionatı keçirilib
Zərdab rayonunda 17 noyabr “Milli Dirçəliş günü” münasibəti ilə stolüstü tennis idman növü üzrə rayon çempionatı keçirilib.

Zərdab şəhəri Uşaq Gənclər İdman-Şahmat məktəbinin idman zalında keçirilən çempionatda 25 idmançı iştirak edib.
“Milli Dirçəliş günü”nü qeyd etmək, idmanın stolüstü tennis növünün rayonda inkişaf etdirmək və kütləvi sağlamlığa nail olunması məqsədilə keçirilən yarışın qalibi Yaqub Əfəndizadə olub. İkinci yerə Nicat Nemətov, üçüncüyə isə Nizaməddin Əhmədov layiq görülüblər.

Xəbər 685 dəfə oxundu.