Taekvondo üzrə açıq “Qəbələ Open” beynəlxalq birinciliyi başlayıb
Noyabrın 17-də Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” idman klubunun təşkilatçılığı, Azərbaycan Taekvando Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvando üzrə açıq “Qəbələ Open” beynəlxalq birinciliyi başlayıb.

Yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan, eləcə də Azərbaycanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvando bölmələri və klublardan 500-dən çox idmançı qatılıb.

Üç gün davam edəcək yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.

Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparırlar.

Yarışı ATF-nin hakimləri idarə edirlər.

“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçirilən turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.


Xəbər 716 dəfə oxundu.