Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Maribor” (Sloveniya)–“Sevilya” (İspaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.

Görüş dekabrın 6-da Sloveniyanın Lendava şəhərində keçiriləcək.

Xəbər 840 dəfə oxundu.