FİFA-dan olimpiya komandalara növbəti dəstək
FİFA bu yay Londonda keçiriləcək olimpiya oyunları ilə bağlı qərar verib. İdman.com.az saytının məlumatına görə, dünya futbol qurumu bütün klublarının futbolçularını olimpiadaya buraxmağı tapşırıb. Belə ki, iyulun 25-dən avqustun 11-dək keçiriləcək olimpiya futbol turnirində çıxış edəcək 16 milli komanda əvvəlki illərdə yaaşdığı pronlemlə üzləşməyəcək.

Hərçənd ötən olimpiadalarda futbolçuların qarşısına klubları tərəfindən sədd çəkilirdi. Bu dəfə isə 16 yığmanın hər biri 23 yaşı olmayan istənilən futbolçunu heyətinə daxil etmək üçün klublardan icazə istəməyəcək. Yarışın əsasnaməsinə əssən hər yığma yaş limitini ötmüş 3 futbolçunu da olimpiadaya apara bilər.

Qeyd edək ki, London olimpiadasının futbol turnirinə artıq 13 komanda - Böyük Britaniya, Koreya, Yaponiya, BƏƏ, Qabon, Mərakeş, Misir, Braziliya, Uruqvay, Yeni Zelandiya, İspaniya, İsveçrə vəə Belarus yığmaları artıq vəsiqə qazanıblar.

Xəbər 938 dəfə oxundu.