İtaliya Futbol Federasiyası Karlo Ançelotti ilə danışıqlara başlayıb
İtaliya Futbol Federasiyası (İFF) Karlo Ançelotti ilə danışıqlara başlayıb.

Mütəxəssis İtaliya milli komandasının baş məşqçi postuna keçməyə razı olsa da, tərəflər arasında hələ müqavilə imzalanmayıb.

Hazırda milli komandanın baş məşqçisi postu boşdur.

Qeyd edək ki, İFF İtaliya millisinin “Rusiya-2018”ə vəsiqə qazana bilmədiyi üçün baş məşqçi Campero Venturu ilə yollarını ayırıb.

Xəbər 552 dəfə oxundu.