Dünya çempionatına vəsiqə qazana bilməyən ölkələr arasında turnir keçirilə bilər
Amerika Futbol Federasiyası (USSF) dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən ölkələr arasında yayda turnirin keçirilməsini planlaşdırır.

USSF Amerika Futbol Liqasının marketinq şöbəsi ilə birlikdə dünya çempionatından qabaq belə bir yarışın təşkilinin mümkünlüyünü müzakirə edir.

İtaliya, Çili, Hollandiya, Qana və digər ölkələrin turnirə dəvət olunacağını açıqlayan təşkilatçılar yarışın reqlamenti barədə heç bir açıqlama verməyiblər.

AZƏRTAC

Xəbər 724 dəfə oxundu.