Elnur Cəfərov əvəzedici komandaya göndərilib
“Neftçi” klubunun futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

Futbolçu, həmçinin komandanın kodeksinə uyğun olaraq cərimə olunub. Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.

Xəbər 596 dəfə oxundu.