Azərbaycan samboçusu dünya çempionatında bürünc medal qazanıb
Soçidə sambo üzrə dünya çempionatına yekun vurulub.

Mundialda Azərbaycan millisi 1 medal qazanıb.

Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fuad Məmmədov bürünc medala sahib olub.

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edib.

Millimiz Soçidə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 1489 dəfə oxundu.