Ançelotti, Konte, Alleqri və Mançini İtaliya millisinin baş məşqçisi postuna namizəddir
İtaliya Futbol Federasiyası (IFF) tez bir zamanda milli komandanın baş məşqçisi Campyero Venturu ilə yollarını ayırmaq istəyir.

Qərar baş məşqçi ilə IFF-nin prezidenti Karlo Tavekko arasında keçiriləcək görüşdən sonra qəbul olunacaq.

İtaliya milli komandasının baş məşqçi postuna namizədlər isə Karlo Ançelotti, Antonio Konte, Massimiliano Alleqri və Roberto Mançinidir.

Xatırladaq ki, İtaliya pley-off mərhələsində İsveçə məğlub olduğu üçün dünya çempionatının final mərhələsinə adlaya bilməyib.

Xəbər 613 dəfə oxundu.