Gəncədə İdman Sarayı tikiləcək
Prezident İlham Əliyev noyabrın 13-də “Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında” Sərəncam imzalayıb.

Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

İqtisadiyyat Nazirliyinə 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Xəbər 756 dəfə oxundu.