«İnter»i kim batırdı?
İtaliyada Milan «İnter»i ətrafında söz döyüşləri başlayıb. İdman.com.az saytının məlumatına görə, klub prezidenti Massimo Morattinn çox pis tənqid etdiyi keçmiş baş məşqçinin cavabı bir qədər ehtiyatlı, amma ehyamlı olub. Söhbət Can Pyero Qasperinidən gedir. Klaudio Ranyerinin vəzifəsindən uzaqlaşdırılması ilə bu mövsüm ikinci baş məşqçi dəyişikliyini yaşayan italyan klubunun başçısı Moratti, hazırda «A» Seriyada səkkizinci pillədə olaraq, Çempionlar Liqasına vəsiqə verən yerdən 10 xal uzaqda olan «İnter»in bu mövsümkü uğursuzluqlarının əsas qaynağının mövsümə başlayan baş məşçqi Can Pyero Qasperinin olduğunu söyləyib:

«Bu mövsümkü fəlakətin səbəbi odu. Hər şeyi qarışdırdı. Qasperinidən heç razı olmadım. Durmadan oyunçulardan şikayət edib dayanırdı». Bununla da Moratti hər şeyin günahını Ranyeridən əvvəlki məşqçinin üzərinə atıb.
Bu sözün səslənməsinin ertəsi günü Qasperini deyilənlərə cavab verib. O, «söyləyəcək bir şeyim yoxdu. Zamanı gəldiyində danışacağam. Amma indi deyil» deyərək, özünün də Moratti haqqında söyləyəcək şeyləri olduğunu, amma səssiz qalmağı seçdiyini ifadə edib.

«İnter» sonuncu dəfə 1998-99 mövsümündə eyni mövsümdə iki baş məşqçisini yollamışdı. Moratti əvvəl Luici Simonini, daha sonra da Mirça Luçeskunu qovmuşdu.
Digər yandan; Massimo Morattinin sərt tənqid etdiyi adlardan biri də Dieqo Forlan olub. Moratti, mövsüm başında Madrid «Atletiko»sundan aldığı uruqvaylı üçün «Çox oynamadı, amma sahədə olduğu zaman çox pis idi və gözlədiyimizdən uzaq idi» deyə danışıb.

Xəbər 1112 dəfə oxundu.