“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib
“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

Gənc yarımmüdafiəçi Elnur Süleymanovla üçillik müqavilə bağlanıb.

2014/2015-ci il mövsümündə “İnter” klubunun heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub.

Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.

Xəbər 561 dəfə oxundu.