Kikboksçumuz Pərviz Abdullayev növbəti qələbəsini qazanıb
Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

İdmançımız ABŞ-ın Los-Anceles şəhərində keçirilən “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayıb.

Turnirdə 77 kiloqram çəki dərəcəsində çıxış edən P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.


Xəbər 1360 dəfə oxundu.