İsveçrə millisi futbol üzrə dünya çempionatına vəsiqə qazanıb
Noyabrın 12-də futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin növbəti matçı keçirilib.

İsveçrə milli komandası cavab qarşılaşmasında Şimali İrlandiya kollektivini qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn isveçrəlilər öz meydanında rəqibinin müqavimətini qıra bilməyiblər -0:0.

Buna baxmayaraq, səfərdə əldə edilən qələbə sayəsində Petkoviçin yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.

Xəbər 554 dəfə oxundu.