Tunis yığması futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
Tunis yığması seçmə turnirdə Liviya komandası ilə ev oyununu 0:0 hesabı ilə başa vuraraq, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Tunislilər Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal və Morokko yığmalarından sonra 2018-ci il çempionatının finalına adlayan 26-cı komanda olub.

Xatırladaq ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Turnirin final mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.

Xəbər 598 dəfə oxundu.