Çinin ən yaxşı futbol məşqçisi: Fabio Kannavaro
“Quançjou Everqrand" klubunun yeni məşqçisi Fabio Kannavaro Çində başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib.

Səsvermədə Draqan Stoykoviçi ("Quançjou Fuli") və Qreqorio Mansanonu ("Quyçjou Çjiçen) qabaqlayan Kannavaronun çalışdırdığı "Tyantszin Suntszyan" klubu ölkə çempionatını üçüncü pillədə başa vurub. O, mövsümün sonunda bu klubdan ayrılaraq karyerasını "Quançjou Everqrand"da davam etdirməyə başlayıb.

Xatırladaq ki, Fabio Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Xəbər 609 dəfə oxundu.