Kikboksçumuz Pərviz Abdullayev ABŞ-da növbəti döyüşünü keçirəcək | |
Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. Peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayacaq. Əməkdar idman ustası ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. Yetmiş yeddi kiloqram çəki dərəcəsində çıxış edəcək P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək. “ACB KB-12”yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək. |
|
Xəbər 1323 dəfə oxundu. |
|
|