Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə noyabrın 10-da yekun vurulub.

Birincilikdə 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı 108 tennisçi mübarizə aparıb.

Yarışın sonunda ASTF-nin vitse-prezidenti Fazil Məmmədov qalib gələn idmançıları təbrik edib.

Şəxsi kateqoriyada qızlar arasında keçirilən turnirin qalibi Arzu Aslanova olub. Mehriban Dadaşova ikinci, Nigar Mahmudova və Mərziyə Nurmətova üçüncü yerə layiq görülüblər.

Oğlanların yarışında Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xaliq Becanov gümüş, Hüseyn Eylazov və Məmmədbəyov Hacımurad bürünc medal qazanıblar.

Qaliblərə və onların məşqçilərinə Federasiyanın diplomları, pul mükafatları və hədiyyələr təqdim olunub.

Xəbər 977 dəfə oxundu.