Bakıda keçiriləcək “Qarabağ”-“Çelsi” oyununa bilet satışı davam edir
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

Artıq qarşılaşmaya 45 mindən çox bilet satılıb. Bu barədə Ağdam klubunun “Facebook” səhifəsi məlumat yayıb.

“Qarabağ”–“Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Xəbər 723 dəfə oxundu.