Zərdab rayonunda karate idman növü üzrə rayon birinciliyi keçirilib
Noyabrın 7-də Zərdab rayonunda “9 noyabr Bayraq günü” münasibətilə uşaq, yeniyetmə və gənc idmançılar arasında karate idman növü üzrə rayon birinciliyi keçirilib.

Rayonda idmanın karate növünü inkişaf etdirmək məqsədilə keçirilən yarışda 40-dək məktəbli iştirak edib. Sonda oğlanlar arasında Nəzər Xəlilli (20 kq ), Ramazan Quliyev (22 kq), Mehman Abdullayev (25 kq), İsmayıl Quliyev (35 kq), Rövşən Əliyev (41 kq), Məharət İsayev (45 kq), Qədir Məmmədov (50 kq) birinci yerə sahib olublar.
Qızlar arasında Nəzakət Qədirli (20 kq), Nərmin Rəsulova (25 kq), Nazxanım İsrəfilova (30 kq), Cəmilə Seyfullayeva (35 kq), Aygül Mirzəliyeva (40 kq) ilk yerə layiq görülüblər.

Xəbər 801 dəfə oxundu.