“Portu”nun qapıçısı İker Kasilyas “Golden Foot-2017” mükafatına layiq görülüb
“Portu” futbol klubunun qapıçısı İker Kasilyas “Golden Foot-2017” mükafatına layiq görülüb.

Mükafat 28 yaşdan yuxarı olan futbolçulara təqdim olunur.

Ötən il mükafat “Yuventus” və İtaliya millisinin qolkiperi Canluici Buffona təqdim olunub.

2003-cü ildən təqdim olunan “Golden Foot” mükafatının ilk sahibi İtaliya millisinin sabiq üzvü Roberto Baco olub.

Xəbər 550 dəfə oxundu.