Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub
Kürdəmirdə Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin komandaları arasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş voleybol üzrə rayon birinciliyinin final yarışları keçirilib.

Atakişili kənd tam orta məktəbinin idman zalında keçirilən yarışlarda 12 komanda iştirak edib. Noyabrın 1-dən start götürən birincilikdə komandalar qrup, yarımfinal və final mərhələlərində yarışıblar.

Final mərhələsinin nəticələrinə görə, I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası çıxıb. II yeri Çöhranlı, III yeri isə Dəyirmanlı kənd tam orta məktəblərinin voleybolçuları tutublar.

Qalib komandalar və yarışda fərqlənən idmançılar Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 667 dəfə oxundu.