Ukraynada “Neftçi” Futbol Məktəbi açılır
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının dəstəyi ilə bu ölkədə “Neftçi” Futbol Məktəbi açılır.

Alyansın sədri Elmar Məmmədov açılacaq futbol məktəbinin Ukraynada daim fəaliyyət göstərəcəyini bildirib. Məktəbin açılmasının məqsədi Azərbaycan və Ukrayna üçün peşəkar futbolçuların yetişdirilməsi və “Neftçi” klubunun bu ölkədə təbliğinə dəstək olmaqdır.

E.Məmmədov deyib: “Neftçi” klubunun Ukraynada fan-klubunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar ölkəmizin tanıdılmasına və Azərbaycan futbolunun inkişafına yönəlib. “Neftçi” klubu ukraynalı futbolsevərlər arasında məşhurdur. Artıq “Neftçi”nin həmin ölkədə böyük azarkeş ordusu var və onlar komandamızın oyunlarını həmişə izləyirlər. “Neftçi”nin Ukraynada və qonşu ölkələrdə tanıdılması istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir”.

Xəbər 602 dəfə oxundu.