Mingəçevirdə Cüdo güləşi üzrə açıq birinciliyə start verilib
Mingəçevir şəhər Gənclər və İdman idarəsinin tədbirlər planına əsasən Mingəçevir şəhərinin 69-cu ildönümünə həsr edilmiş Cüdo güləşi üzrə yeniyetmələr arasında, şəhər və rayonlararası açıq birinciliyinə start verildi. Açıq birincilikdə 2003, 2004, 2005, 2006-cı il təvəllüdlü 18 müxtəlif çəki dərəcələrində idmançılar güclərini sınayacaqlar.

Yarışda Mingəçevir - 4 komanda ilə, Zaqatala- 2 komanda ilə, Yevlax - 2 komanda ilə, Qəbələ -1 komanda ilə təmsil olurlar.

Xəbər 592 dəfə oxundu.