Mingəçevirdə əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışının zona mərhələsi başa çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə olaraq Mingəçevirdə keçirilən “Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları”nın zona turniri başa çatıb.

Idmanın nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi növləri üzrə keçirilən zona yarışında əlilliyi olan böyüklər, gənclər və sağlamlıq imkanı məhdud uşaqlar iştirak ediblər. Yarışda 9 şəhər və rayondan 60 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Hər bir idman növü üzrə I, II, III yerləri tutan idmançılara Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər şöbəsi tərəfindən diplomlar təqdim edilib.

Həmçinin noyabrın 6-da Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən Mingəçevir şəhərinin yaranmasının 69-cu ildönümü münasibətilə cüdo üzrə yeniyetmələr arasında zona yarışına start verilib. Turnirdə 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlü 18 müxtəlif çəki dərəcələrində olan idmançılar güclərini sınayırlar. Yarışda Mingəçevir 4, Zaqatala 2, Yevlax 2, Qəbələ 1 komanda ilə təmsil olunur.

Xəbər 652 dəfə oxundu.