Azərbaycanın şahmat yığması Avropa çempionatında Ermənistanı məğlub edib
Yunanıstanın Krit adasında şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.

Bu turda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb. Azərbaycan millisi rəqibini 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.

Ağ fiqurlarla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub. Komandamızın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.

Altı turdan sonra Azərbaycan yığmasının hesabında 9 xal var və komandamız Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.

Xəbər 550 dəfə oxundu.