Bu gün şahmat üzrə Avropa çempionatının 6-cı turu keçiriləcək
Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçiriləcək.

Bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olacaq, qadın şahmatçılarımız isə Rumıniya komandası ilə mübarizə aparacaq.

Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan-Şəhriyar Məmmədyarov, Sergey Movsesyan-Teymur Rəcəbov, Qabriel Sarkisyan-Arkadi Naydiç və Qrant Melkumyan-Rauf Məmmədov cütlükləri qarşılaşacaqlar.

Azərbaycan-Rumıniya matçında isə masa arxasına Günay Məmmədzadə-İrina Bulmaqa, Zeynəb Məmmədyarova-Korina-İzabella Peptan, Ülviyyə Fətəliyeva-Yelena-Lyuminita Kosma və Xanım Balacayeva-Mixaela Sandu cütlükləri oturacaq.

Finişə 4 tur qalmış Xorvatiya 9 xalla turnir cədvəlinə başçılıq edir. 4 yığma komanda hərəyə 8 xal toplayıb. 7 xal qazanan Azərbaycan isə 7-ci yerdə qərarlaşıb.

Qadınların turnirində rusiyalılar 10 xalla 100 faizli qələbəni qoruyub saxlayıblar. Gürcüstan, Ukrayna, Polşa və Türkiyə komandaları hərəyə 8 xalla sonrakı yerləri tutublar. Azərbaycanın qadın şahmatçılardan ibarət yığması 6 xalla 11-ci yerdədir.

Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Xəbər 564 dəfə oxundu.