“Neftçi İdman Klubu”nun U-19 komandası Gürcüstanda təlim-məşq toplanışında olub
“Neftçi İdman Klubu”nun 19 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olub.

Toplanışda futbolçularımız paralel olaraq bir sıra yoldaşlıq görüşlərində də qüvvələrini sınayıblar. Komandamız bu müddət ərzində dörd yoxlama oyunu keçirib.

Futbolçularımız “Dinamo”nun (Batumi) U-17 komandasını 3:0 hesabı ilə məğlub ediblər. Digər qarşılaşmalarda komandamız rəqiblərinə eyni hesabla qalib gəlib. Belə ki, komandamız "Torpedo”nun (Kutaisi) U-17, "Çakvi”nin U-19 komandaları, eləcə də Çakvi şəhərinin həvəskarlardan ibarət kollektivi üzərində 4:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 546 dəfə oxundu.