“Azəryol” həndbol komandası Lüksemburqun “HB Düdelanj” klubu ilə qarşılaşacaq
Qadın həndbolçulardan ibarət “Azəryol” klubu “Çağırış Kuboku” uğrunda yarışda ilk matçını keçirəcək.

Azərbaycan təmsilçisi noyabrın 18-də Lüksemburqun “HB Düdelanj” komandasının qonağı olacaq.

“Dudelanj” arenada keçiriləcək görüşün hakimləri yunanıstanlı Mixail Mertinian və Evangelos Sirepisios olacaq. Avropa Həndbol Federasiyasını (EHF) almaniyalı Frank Bölhoff təmsil edəcək.

Qeyd edək ki, cavab oyunu noyabrın 19-da əvvəlcədən razılaşdırıldığı kimi Lüksemburqda keçiriləcək.

Xəbər 661 dəfə oxundu.