“Atletiko Madrid”in hücumçusu Torres klubdan ayrılmaq fikrindədir
İspaniyanın “Atletiko Madrid” klubunun hücumçusu Fernando Torres qış transferi çərçivəsində klubdan ayrılmaq istəyir.

33 yaşlı futbolçu Çin və Amerikadan gələn transfer təkliflərini nəzərdən keçirir.

Torres 2015-ci ildən “Atletiko” klubunda çıxış edir və 2017/2018-ci il mövsümündə La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında, ümumilikdə 10 matçda iştirak etsə də, oyunu ilə yadda qala bilməyib.

Qeyd edək ki, “Atletiko Madrid” Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ” ilə birgə “C” qrupunda yer alıb.

Xəbər 569 dəfə oxundu.